Bu ölkədə yeni doğulanların sayı 2023-cü ildə ən aşağı səviyyəyə düşüb

Bu ölkədə yeni doğulanların sayı 2023-cü ildə ən aşağı səviyyəyə düşüb

2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1 faiz azalıb. Yeni doğulanların sayı 758 min 631-ə enərək indiyə qədərki ən aşağı səviyyəyə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasına görə, yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatarkən 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon idi. Bu rəqəm 2016-cı ildə ilk dəfə olaraq 1 milyondan aşağı düşüb.

Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırıb. Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb. Evliliklərin sayı 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 5,9 azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə çatıb. Ölkədə 1899-cu ildən bəri aparılan statistik məlumatlara görə, sonuncu dəfə 1933-cü ildə 486 min 58 nikah qeydə alınıb. Ən çox nikah 1 milyon 99 min 984 ilə 1972-ci ildə baş verib. Ölkədə 2023-cü ildə boşanmaların sayı 4 min 695 artaraq 187 min 798-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə