50 qadınla olduğunu dedi və qisası acı oldu - ŞOK

50 qadınla olduğunu dedi və qisası acı oldu - ŞOK

Filippinin paytaxtı Manilada baş verən hadisə bizləri “bu mümkün deyil” deməyə vadar edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 50 qadınla olduğunu öyrənən sevgilinin intiqamı qan dondurub. Qəzəblənən qadın yanındakı qayçı ilə partnyorunun cinsiyyət orqanına zərbələr endirib.

Manilada evsiz bir cütlük spirtli içki qəbul edərkən keçmiş münasibətləri danışmağa başlayanda atmosfer qəfil gərginləşib. Adının Joey Jimenez olduğu öyrənilən kişi neçə keçmiş sevgilisi olduğunu deyəndə sərxoş qadın əsəbiləşərək yanındakı qayçı ilə partnyorunu bıçaqlayıb.

48 yaşlı kişi qanlar içində Romualdez küçəsində qalıb və sonra onun hadisə yerindən uzaqlaşaraq polisə getdiyi öyrənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə