...Keçmiş Amerika lideri Donald Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsi ABŞ üçün intihara bərabər olardı.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri “The Wall Street Journal”a müsahibəsində Trampın rəqibi, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli deyib.
O, Trampın 91 cinayət ittihamı ilə üzləşdiyini xatırladaraq, “...bu, onun sağ qalması, hüquqi ödənişlər ödəməsi və hüquqi risklərdən qurtulması üçün bir yol ola bilər, lakin bizim ölkə üçün bu, intihara bərabərdir” deyə bildirib.
Heyli qeyd edib ki, Respublikaçılar Partiyasına noyabrda seçkilərində prezident Cozef Baydeni məğlub etməyə qadir olan namizəd lazımdır.
Xatırladaq ki, 25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqladı.
Onun sələfi Tramp da 2022-ci ilin noyabrında seçki mübarizəsinə qatılacağını açıqladı. O, Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə favorit hesab olunsa da, amma Heyli isə onun əsas rəqibidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB