Pentaqonun keçmiş əməkdaşı Stiven Brayan, Ukrayna əsgərlərinin Rusiyaya zərbələr endirmək üçün “F-16” qırıcılarından istifadə etməsinə icazə verməsi ilə bağlı bəyanatlarından sonra NATO-nun baş katibi Yens Stoltenberqi istefaya çağırıb.
SİA xəbər verir ki, “Asia Times” nəşrində o qeyd edib ki, baş katibin bəyanatları NATO-nun müharibə elan etməsinə bərabərdir.
Brayanın sözlərinə görə, bu irrasional və təhlükəli addım mümkün qədər tez dayandırılmalıdır.
...Onun vəzifəsində qalmasına icazə verilərsə, o, NATO-nu Avropa müharibəsinə aparacaq və bu müharibədə nüvə silahı da ola bilər.
Qeyd edək ki, bundan əvvəl senator Aleksey Puşkov Rusiya Silahlı Qüvvələrinin “F-16” qırıcılarının köməyi ilə mümkün zərbələrinin Moskva ilə NATO arasında toqquşmaya səbəb olacağını bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB