Parlamentlər arasında əməkdaşlıq sazişi imzalanıb

Parlamentlər arasında əməkdaşlıq sazişi imzalanıb

Qırğızıstan və Monqolustan parlamentləri arasında əməkdaşlıq sazişi imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev paytaxt Bişkekdə rəsmi səfərdə olan Monqolustanın Milli Böyük Asambleyasının sədri Zandanşatar Qombojav ilə görüşüb.

İclasda çıxış edən Şakiyev bildirib ki, qırğız və monqol xalqlarını təkcə sosial-iqtisadi əməkdaşlıq deyil, həm də çoxəsrlik köçəri həyatdan qalmış tarixi-mədəni bağlar birləşdirir.

Son illər ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini xatırladan Şakiyev parlamentlərarası dialoqun və parlament diplomatiyasının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Monqolustan parlamentinin sədri Qombojav da Qırğızıstanla ticarət, turizm və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirmək istədiklərini vurğulayıb.

Qombojav Qırğızıstan parlamentinin sədri Şakiyevi bu il Monqolustanda keçiriləcək “Trans-Altay Davamlılıq Dialoqu” forumuna dəvət edib.

Danışıqların sonunda Şakiyev və Qombojav Qırğızıstan və Monqolustan parlamentləri arasında əməkdaşlıq sazişi imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə