Özbək icmasının rəhbəri terrorçu və ekstremistlər siyahısına salınıb

Özbək icmasının rəhbəri terrorçu və ekstremistlər siyahısına salınıb

Regionlararası “Vətəndosh” özbək icmasının prezidenti Usman Baratov terrorçuların və ekstremistlərin reyestrinə daxil edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq məlumat Rosfinmonitorinq saytında dərc olunub.

Hazırda Usman Baratov məhkəmənin qərarı ilə 2024-cü il martın 17-dək istintaq təcridxanasındadır.

İstintaq Baratova qarşı nifrət və ya düşmənçiliyin salınması, habelə insan ləyaqətinin alçaldılması ilə bağlı qətimkan tədbiri təklif edib.

Qeyd edək ki, bir müddət bundan əvvəl İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ifadələrinə görə Baratova qarşı cinayət işinin başlanması göstərişini verib.

Qeyd edək ki, söhbət sosial şəbəkələrdə müəllifin xüsusi hərbi əməliyyatda iştirak edən hərbçiləri “xoruzlar” adlandırdığı bir nəşrdən gedir.

Bundan əlavə, Baratov "rus" ifadəsinin onu incitdiyini söyləmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə