Ukraynaya 50 milyard avro dəyərində yeni yardım paketi təsdiqlənib

Ukraynaya 50 milyard avro dəyərində yeni yardım paketi təsdiqlənib

Avropa Parlamenti Ukraynaya 50 milyard avro məbləğində yeni hərbi-maliyyə yardım paketini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbər Avropa İttifaqının qanunverici orqanının rəsmi saytında yerləşdirilib.

Avropa Parlamenti həmçinin qeyd edib ki, onlar Kiyevə lazım olan qədər dəstəyini davam etdirəcəklər. Eyni zamanda, Macarıstan nəhayət etiraz etmədən vəsaitin ayrılmasını dəstəkləyib.

Xatırladaq ki, Avropa İttifaqı liderləri bu il fevralın 1-dən yeni yardım paketinin qəbulunu müzakirə ediblər. Macarıstanın baş naziri Viktor Orban lap əvvəldən vəsait ayrılmasının fəal əleyhdarı olub. O bildirib ki, bu məbləğə Macarıstandan gələn qrantlar və fondlar daxildir, ona görə də Budapeşt Avropa təşəbbüsünü dəstəkləməyəcək.

Amma sonradan o “Daşdəmir məsələsi”, yəni Avropa Parlamenti və Orban müəyyən konsensusa gədilər.

Qeyd edək ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq, NATO-nun öz qoşunlarını Ukrayna ərazisinə göndərməyəcəyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə