Rusiya hökuməti martın 1-dən benzin ixracını qadağan edəcək

Rusiya hökuməti martın 1-dən benzin ixracını qadağan edəcək

Deməli, məhdudiyyətlər altı ay müddətində qüvvədə olacaq və Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrdən əlavə, Monqolustan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya və digər ölkələrə əvvəllər razılaşdırılmış tədarüklərə təsir etməyəcək..

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC və İnterfaks yazır.

Qeyd edək ki, Baş nazirin müavini Aleksandr Novak benzin ixracına müvəqqəti qadağa tətbiq etməyi təklif edib. Onun sözlərinə görə, yaxın vaxtlarda daxili bazarda yanacağa artan tələbat mövsümü gələcək ki, bu da yaz-tarla işləri, neft emalı zavodlarında planlaşdırılan təmir, eləcə də yay tətili dövrü ilə bağlıdır.

Eyni zamanda, birjada dizel yanacağının satışı standartı 16 faizə çatdırılacaq.

Xatırladaq ki, fevralın 20-də energetika naziri Nikolay Şulqinov bir neçə neft emalı zavodunda aparılan plandankənar təmirdən danışıb.

Onun sözlərinə görə, ilin əvvəlindən Rusiyada 5-ci sinif benzinin istehsalı 1,8 faiz azalıb.

...Biz digər zavodlarda 5-ci sinif benzinin istehsalını artırdıq və ixracı azaltmaqla tələb və təklifi balanslaşdırdıq.

Bunu da Şulqinov deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə