Navalnını “öldürənlərə” yeni vəzifələr verilir..?

Navalnını “öldürənlərə” yeni vəzifələr verilir..?

...Xüsusilə mühüm işlər üzrə müstəntiq, müxalif siyasətçi Aleksey Navalnıya qarşı işlərə rəhbərlik edən polkovnik Roman Vidyukovun vəzifəsi yüksəldilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun keçmiş direktoru İvan Jdanov Telegram kanalında danəşəb.

...Müstəntiq Vidyukov Navalnıya qarşı işlərin əsas müstəntiqi idi. O, müstəntiq olub, indi isə Baş İstintaq İdarəsinin rəis müavinidir.

Bunu deyən Jdanov, Vidyukovun imzası ilə yeni vəzifəsini qeyd edən sənədin fotosunu da əlavə edib.

Qeyd edilir ki, Vidyukov Navalnının dələduzluq işinə, eləcə də bir sıra digər səs-küylü araşdırmalara rəhbərlik edib: keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi, Moskva vilayətinin Serpuxov rayonunun keçmiş rəhbəri Aleksandr Şestunun işi və s...

Xatırladaq ki, 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin Vidyukovu ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bunu “Dojd” telekanalı bildirib.

...Fevralın 20-də Putin Rusiya Federal Penitensiar Xidməti direktorunun birinci müavini Valeri Boyarinevə general-polkovnik xüsusi rütbəsi verib. Boyarinev yeni titulu Navalnının Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında qəfil ölümündən üç gün sonra alıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə