Rusiya “Quran”ı yandıran adamı məhkum etdi

Sözügedən adam 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılmışdı
Rusiya “Quran”ı yandıran adamı məhkum etdi

Rusiyanın Qroznı şəhərinin məhkəməsi “Quran”ı yandırmaqda ittiham edilən Nikita Juravlyovu 3,5 il həbs cəzasına məhkum edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sözügedən adam 2023-cü ildə Volqoqrad şəhərindəki məscidin qarşısında “Quran”ı yandırarkən saxlanılmışdı. Sonradan onun barəsində açılan cinayət işi baxılması üçün RF Çeçen Respublikasının İstintaq komitəsinə göndərilmişdi.

Nikita Juravlyov məhkəmə zamanı törətdiyi əməldən peşman olduğunu bildirib və üzr istəyərək deyib: “Müsəlmanların heysiyyatına toxunan hərəkətimə görə onlardan üzr istəyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə