Çexiya 20 ölkə vətəndaşına Ukraynada döyüşməyə icazə verib

Çexiya 20 ölkə vətəndaşına Ukraynada döyüşməyə icazə verib

...Xatırlayırsınızsa, gərək ki, dünən SİA bununla bağlı yazmışdı.

Deməli, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Çexiya Ukrayna tərəfində müharibədə iştirak etmək üçün iyirmi vətəndaşının iştirakını təsdiqləyib. Çexiya prezidenti Petr Pavel fevralın 26-da “Nova” telekanalına müsahibəsində bu barədə məlumat verib.

Amma maraqlıdır ki, Ukrayna tərəfində ruslara qarşı vuruşmaq istəyən çexlərin sayı daha çoxdur.

Məsələ bundadır ki, Ukraynanı müdafiə etmək istəyən 54 nəfər prezidentdən razılıq ala bilməyib(?)

...Bəzi ərizəçilərə gəldikdə, bu, şərtlərə əməl edilməməsidir, məsələn, bir şəxs cinayət işinə cəlb edilməməlidir, çünki bu, onun üçün qaçmaq üçün yaxşı fürsət ola bilər.

Pavel deyib bunu və qərarların qəbulunda müdafiə və daxili işlər nazirliklərinin də iştirak etdiyini əlavə edib.

...Amma fakt budur ki, bu insanların bəziləri fəal ehtiyatdadırlar. Bu halda onların yoxluğu Çexiyanın döyüş qabiliyyətini pisləşdirə bilər.

Bunu da Pavel deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə