"Biz rus xalqı ilə müharibə aparmırıq" - Makron

"Biz rus xalqı ilə müharibə aparmırıq" - Makron

Ukrayna ordusu şərq cəbhə xəttində geriləmə yaşadıqdan və sursat çatışmazlığından şikayətləndikdən sonra Fransanın paytaxtı Parisdə 27 ölkənin iştirakı ilə Ukraynaya dəstək konfransı keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, konfransdan sonra çıxış edən Fransa prezidenti Emmanuel Makron Rusiyanın məğlubiyyətinin Avropanın təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğuna inandıqlarını bildirib: “Rusiya bu müharibədə qalib gəlməyəcək. O, yeganə hücumçudur. Bu müharibəni başlayan yeganə ölkədir. Rusiya indi həm ənənəvi, həm də hibrid müharibə vasitəsilə öz təhlükəsizliyimizə açıq şəkildə təsir göstərir. Biz rus xalqı ilə müharibə aparmırıq. Biz sadəcə onların qalib gəlməsinə imkan vermək istəmirik”- deyə, Makron qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə