Alimlər Antarktika materikində ilk dəfə olaraq quş qripinin (H5N1) aşkar edildiyini açıqlayıblar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Base-nin alimləri iki ölü puffini tədqiq ediblər.
Alimlər quş qripinin Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.
Digər tərəfdən, elm adamları quş qripinin bütün dünyada yayılmağa davam etdiyini və virusun köçəri quşlar tərəfindən qitə materikinə gətirilə biləcəyini bildiriblər. H5N1 adlı quş qripi səbəbi ilə 2021-ci ildən bəri milyonlarla quş tələf olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB