ABŞ dövlət katibi Antoni Blinken İraq Kürd Regional (İKR) Rəhbərliyinin baş naziri Məsrur Bərzani ilə Vaşinqtonda görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüşdən əvvəl kameralar qarşısına keçən ikili ABŞ və İKR arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan açıqlamalar verib.
ABŞ-ın İKR ilə münasibətlərinə hər zaman böyük əhəmiyyət verdiyini deyən Blinken, həm İraqda, həm də bölgədə mövcud əməkdaşlığın davam etdirilməsinin və artırılmasının vacib olduğunu bildirib. Bərzani Vaşinqtona səfərindən məmnunluğunu qeyd edərək, ABŞ ilə əlaqələrə çox dəyər verdiklərini və masa üzərində olan məsələləri hərtərəfli müzakirə edəcəklərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB