Prezidentliyə namizədlər tele-debatda Putini tənqid etməkdən çəkiniblər
Bu arada Rusiya prezidentliyinə namizədlər “Rossiya 1” federal kanalında keçirilən ilk teledebatda əsas rəqibləri olan Vladimir Putini tənqid etməkdən çəkiniblər,.. baxmayaraq ki, aparıcı onlardan hazırkı dövlət başçısının təhsil və elm sahəsində layihələrini, ideyalarını qiymətləndirməyi xahiş edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, debatda dörd namizəddən yalnız ikisi iştirak edib: Rusiya Federasiyası Kommunist Partiyasından Nikolay Xaritonov və Yeni Xalq Partiyasından Vladislav Davankov.
LDPR-dən Leonid Slutskidən onun nümayəndəsi, Dövlət Dumasının deputatı Nikita Berezin efirə çıxıb.
Vladimir Putin isə ənənəvi olaraq debatda iştirakdan imtina edib. Maraqlıdır ki, Kreml bunu rusların artıq onun bəyanatlarını gündəlik olaraq görə bilmələri ilə əlaqələndirib.
Nəticədə, Putinin rəqibləri dövlət başçısının fəaliyyəti ilə bağlı sualları cavablandırmaqdan yayınıblar.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya Ali Məhkəməsi Mərkəzi Seçki Komissiyasının siyasətçi Boris Nadejdini Rusiya prezidentliyinə namizəd kimi qeydə almaqdan imtinasını qanuni hesab edib.
Xatırladaq ki, Nadejdin Putinin hərəkətlərinə - xüsusən də Ukrayna ilə müharibənin davam etdirilməsinə qarşı çıxış edən yeganə mümkün namizəd idi.
...Və Rusiyada prezident seçkilərində səsvermə 2024-cü il martın 15-dən 17-dək keçiriləcək. Müstəqil müşahidəçilər və ekspertlər artıq seçkiləri qeyri-azad və rəqabətsiz kimi qiymətləndirirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB