Kuleba ölkədən gedən ukraynalılara müraciət edib

Kuleba ölkədən gedən ukraynalılara müraciət edib

Ukraynanın xarici işlər naziri ölkəni tərk etmiş ölkə vətəndaşlarını geri qayıtmağa və ölkənin müdafiəsinə kömək etmək üçün cəbhəyə getməyə dəvət edib.

...Biz başa düşürük ki, bəzi insanların səhhətinə və ya digər şəxsi vəziyyətlərinə görə bu seçim olmaya bilər. Ancaq seçimi olanları geri qayıtmağa və Ukraynaya döyüşməyə kömək etməyə dəvət edirik.

SİA-nın əldə etdiyi məlumata görə, Kuleba bunu “The Irish Times” qəzetinə müsahibəsində bildirib.

Qeyd edək ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya daha əvvəl, ukraynalıları vətənlərinə qayıtmağa məcbur etmək düzgün olmadığını demişdi.

O, həmçinin demokratik ölkələrin “qəfil hərəkətlər etməyəcəyinə” əmindir.

Xatırladaq ki, bundan əvvəl Vladimir Zelenski də gedənləri geri qayıtmağa çağırmışdı. Amma o, cəbhəyə getməyə ehtiyac olmadığını demişdi.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının dəstəyə ehtiyacı var.

Yeri gəlmişkən, bu gün ukraynalı hərbi qulluqçular kadr çatışmazlığından narazıdırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə