İsveçin NATO-ya daxil olması Rusiya prezidenti Vladimir Putinə alyansın qapılarının açıq olduğuna dair siqnal olacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Deməli, Macarıstan parlamenti bazar ertəsi İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib, 188 deputat ratifikasiyanın lehinə, 6 deputat isə əleyhinə səs verib. Xatırladaq ki, Macarıstan Türkiyədən sonra İsveçin alyansa qoşulması ilə bağlı protokolu ratifikasiya etməyən sonuncu NATO ölkəsi olub.
Onu da xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin iyununda Madrid sammitində NATO-ya üzv olmaq üçün rəsmi dəvət almışdılar.
...İsveçin girişi həm də Putinə NATO-nun qapılarının açıq olduğuna dair aydın siqnal göndərir.
Dediyimiz kimi, Stoltenberq bunu CNN telekanalında deyib.
Onun fikrincə, Rusiya lideri tam əksini əldə edir. Stoltenberqin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü alyans üçün faydalıdır, çünki ölkənin müasir sualtı qayıqları, döyüş təyyarələri və yaxşı təchiz olunmuş təyyarələri var. ...İsveç yalnız coğrafi mövqeyinə görə vacibdir, deyən Stoltenberq ölkənin Şimali Avropadakı roluna, həmçinin Baltikyanı və Polşadakı müttəfiqlərə yaxınlığına işarə edərək əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB