...Moskva yaxınlığındakı Lyubertsı şəhərində məhkəmə yerli kafelərdən birinin sahibi Alena Polyakeviçi Ukrayna ilə müharibə iştirakçısını kafedən qovduğuna görə 45 min cərimələyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadın inzibati məcəllənin Rusiya ordusunun hərəkətlərini gözdən salmaq maddəsini pozmaqda təqsirli bilinib.
“Mediazona”nın məlumatına görə, ötən həftə Polyakeviç sosial şəbəkələrində “cəbhədən gələn döyüşçü”nün onun kafesinə necə girdiyini təsvir edən yazı dərc edib.
Kafe sahibinin sözlərinə görə, hərbçi kobud davranmağa başlayıb və o, “vəziyyəti nizama salmalı” olub.
...Qışqırmadan, söyüş söymədən və ya başqa bir şey etmədən, sadəcə olaraq, binanı tərk etməyi xahiş etdim. Mən artıq evsizləri qovmuşam və indi qəm döyüşçüləri siyahımdadır..?
Bunu Polyakveiç bildirib.
Maraqlıdır ki, Ukraynadakı döyüşlərdən qayıdan bir neçə dünənki əsgərin davamlı şikayətlərindən sonra onlar “kollektiv şəkildə polisə ərizə yazıblar” və kafe sahibi, deyildiyi kimi, cərimələnib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB