Ukraynanı müdafiə edən hər kəs Ukrayna vətəndaşlığını ala biləcək...

Ukraynanı müdafiə edən hər kəs Ukrayna vətəndaşlığını ala biləcək...

...Ukraynanı müdafiə edən əcnəbilər istəsələr, Ukrayna vətəndaşlığını ala biləcəklər. Ukraynanın daxili işlər naziri İqor Klimenko bu barədə fevralın 24-də YouTube-da dərc olunan jurnalist Natalya Moseyçuka müsahibəsində bildirib.

Daxili İşlər Nazirliyinin rəhbərindən əcnəbilərin, o cümlədən iki ildən artıqdır ki, Ukraynanı müdafiə edənlərin Ukrayna vətəndaşlığı alması ilə bağlı problemə münasibət bildirmək istənilib.

…Məsələ irəli sürülüb. Nazirlər Kabineti gələcəkdə vətəndaşlıq əldə etmə və qəbul qaydalarını müəyyən edən bir sıra qərarlar qəbul edib. Üstəlik, bu vətəndaşların əlində olan bütün sənədlər, xüsusən də Ukraynada müvəqqəti yaşamaq icazəsi, hətta müddətlər başa çatsa belə, etibarlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Klimenko bildirib.

Nazir vurğulayıb ki, arzu olunarsa, Ukrayna vətəndaşlığını təkcə Rusiya ordusuna qarşı silahlı müqavimətdə iştirak etmiş əcnəbilər deyil, həm də onların ailə üzvləri də alacaq. …Döyüşmüş, müqavilə bağlamış hər kəs Ukrayna Silahlı Qüvvələrinin sıralarında olub, hamısı Ukrayna vətəndaşlığını alacaq.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri söz verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə