Müharibəni səhv hesab edən rusların sayı artır...

Müharibəni səhv hesab edən rusların sayı artır...

...Rusiya vətəndaşları 2022-ci il fevralın 24-də rus ordusunun prezident Vladimir Putinin göstərişi ilə Ukraynaya soxulmasına görə getdikcə daha çox təəssüf nümayiş etdirirlər.

Fevral ayına olan məlumata görə, vətəndaşların 38 faizi, əgər imkanları olsa, “hərbi əməliyyata başlamaq” qərarından imtina edəcəklərini bildiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 2022-ci ilin mart ayı ilə müqayisədə belə insanların sayı 10 faiz artıb.

...Qeyd edək ki, tank və alayları Ukraynaya köçürmək istəyənlərin payı hələ də yüksəkdir – 49 faiz.

Bununla belə, “müharibə partiyası” daralmağda davam edir.

Maraqlıdır ki, 2022-ci ilin martında rusların yalnız 13 faizi müharibənin bir ildən çox davam edəcəyinə inanırdı. Döyüşlərin 3-cü ildönümünü ötdüyünə görə buna artıq 44 faizi inanır və axan qanın bir ildən sonra da dayandırmaq mümkün olmayacağını iddia edir.

O da maraqlıdır ki, “RussianField” tərəfindən keçirilən sorğuda iştirak edənlərin yarıdan çoxu, yəni 56 faizi bu günə qədər 300 (?) mindən çox insan itirən ordunun hərəkətlərini “uğurlu” hesab etdiklərini bildirib.

Eyni zamanda, respondentlərin üçdə birindən çoxu (35,8 faizi) iki il ərzində qarşıya qoyulan məqsədlərdən hansının əldə edildiyini deyə bilməyib və demək olar ki, dörddə biri - 23,1 faiz – “heç nə” cavabını verib.

...”RussianField”-ə görə, 2023-cü ilin sonundan etibarən, rusların əksəriyyəti sülh danışıqlarına keçidin tərəfdarıdır. Belə ki, fevral ayında respondentlərin 49 faizi belə bir cavab verib və bu, bütün sorğular dövrü üçün rekorddur.

Döyüş əməliyyatlarının davam etdirilməsini zəruri hesab edənlərin payı 2022-ci ilin martında 54 faizdən 40 faizə qədər azalıb.

Üstəlik, əgər Putin danışıqlara başlamaq qərarını səsləndirsəydi, araşdırmaya görə, hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyənlərin yarısı da daxil olmaqla, 75 faizi bunu dəstəkləyəcəkdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə