Bir sıra NATO ölkələri Ukraynaya əsgər göndərir..?

Bunu Slovakiyanın baş naziri Fiko deyib
Bir sıra NATO ölkələri Ukraynaya əsgər göndərir..?

...Bu arada Şimali Atlantika Alyansı və Avropa İttifaqının bəzi ölkələri ikitərəfli müqavilələr əsasında öz qoşunlarını Ukraynaya göndərmək imkanını müzakirə edirlər.

Qeyd edək ki, bunu Slovakiyanın baş naziri Robert Fiko Avropa liderlərinin Parisdə Ukraynaya dəstək sammiti öncəsi keçirilən görüşdən sonra bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pravda” nəşri də yazıb.

Maraqlıdır ki, Slovakiyalı nazir, materialın məxfi olduğu üçün göndəriləcək qoşunların Ukraynada konkret olaraq hansı vəzifəni yerinə yetirəcəklərinin bəlli olmadığını da bildirib.

Qeyd edək ki, nazir, Slovakiyanın belə bir addım atmayacağını, lakin Ukraynaya qoşun yeritməyə razılıq verən NATO ölkələrinin qərarlarına hörmətlə yanaşacağını da gizlətməyib.

Fiko qeyd edib ki, NATO-ya üzv olan ayrı-ayrı ölkələr Ukrayna ilə ikitərəfli saziş bağlandıqdan sonra Alyansın hərbçilərinin ərazidə olması ehtimalına icazə verirlər.

...Slovakiyaya gəlincə isə, onun dövləti Ukraynaya hərbi yardım göstərməyəcək, çünki Fikoya görə, “münaqişənin hərbi həlli yoxdur”.

O qeyd edib ki, Bratislava mülki və qeyri-öldürücü yardıma diqqət yetirəcək, həmçinin minalardan təmizləmə ilə bağlı Ukraynaya yardımı davam etdirəcək. Bundan əlavə, Slovakiya Ukraynaya silah və sursat göndərməyəcək.

O da maraqlıdır ki, Fiko rəsmi Paris görüşündən öncəki tezislərdə “sülh” sözünün qeyd edilmədiyi, ancaq müharibədən bəhs edildiyi üçün Avropa ölkələri ilə yanaşı, NATO-nu da tənqid edib.

Onun sözlərinə görə, öz qoşunlarının mümkün yerləşdirilməsi tamamilə Slovakiya Milli Şurasının səlahiyyətindədir və o, hökumətin tövsiyəsi ilə belə bir qətnaməni təsdiq etməlidir.

...Buna tam nəzarətimiz var. Biz Avropa İttifaqına üzv ölkələr və Ukrayna arasında ikitərəfli sazişlərdə böyük təhlükəsizlik riskləri görürük.

Bunu deyən baş nazir, Parisdə Ukraynaya qarşıdakı dövr üçün yeni həcmdə dəstəyin müzakirə olunacağını da bildirib. ...Onun sözlərinə görə, görüşün tezisləri Ukraynada işlərin gözlənildiyi kimi getmədiyini göstərir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə