Peskov Putinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib

Peskov Putinin Türkiyəyə səfəri ilə bağlı açıqlama verib

Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin Türkiyəyə səfərinin martın 15-17-də keçiriləcək prezident seçkilərinə qədər baş tutmayacağını bildirərək, “Ancaq yüksək səviyyəli təmaslara hazırlıq görülür” deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov paytaxt Moskvada verdiyi açıqlamada Putin və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafikinin olduğuna diqqət çəkərək deyib:

"Səfər seçkiyə qədər (15-17 mart) baş tutmayacaq. Putinin seçkiyə qədər gərgin və stresli iş qrafiki var. Ərdoğanın da iş qrafiki kifayət qədər sıxdır. Bununla belə, yüksək səviyyəli təmaslara hazırlıq görülür. Bu təmaslar hər iki liderin cədvəlinə daxil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə