Kupyansk istiqamətində vəziyyət dəyişib...

Kupyansk istiqamətində vəziyyət dəyişib...

...Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, fevralın 24-də gün ərzində ruslar Kupyansk istiqamətində hücum əməliyyatları həyata keçirməyiblər. Qoşunların əməliyyat-strateji qruplaşması olan “Xortitsa”-nın mətbuat xidmətinin rəhbəri İlya Yevlaş qeyd edir ki, düşmənin bu cür hərəkətlərinin səbəbi cəbhənin bu hissəsində yenidən qruplaşmasıdır.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “liga.net” saytına şərhində danışıb.

...Hərbi toqquşmalar haqqında bir şey görməsək, bu, orada müharibənin getmədiyi anlamına gəlmir. Orada artilleriyadan istifadə olunur, ruslar Ukrayna əsgərlərini bombalamaqda davam edirlər.

Bunu deyən Yevlaş qeyd edib ki, Rusiya qoşunlarının döyüş əməliyyatlarının Kupyansk istiqamətində yenidən qruplaşdırılması düşmənin Rusiya Federasiyasının hərbi rəhbərliyindən hücumun davam etdirilməsi üçün qüvvələrin yenidən qruplaşdırılmasını nəzərdə tutan planı alması ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə