Cevdet Yılmaz İngiltərədə bir sıra görüşlər keçirəcək

Cevdet Yılmaz İngiltərədə bir sıra görüşlər keçirəcək

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iş adamları ilə müxtəlif görüşlərdə iştirak etmək üçün bu gün İngiltərəyə səfər edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

C.Yılmaz İngiltərədəki təmaslarının ilk günündə Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş ilə görüşəcək və səfirin iqamətgahında türk iş dünyasının nümayəndələri ilə bir araya gələcək.

Səfərinin ikinci günündə vitse-prezident C.Yılmaz Böyük Britaniya Baş nazirinin müavini Oliver Douden, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud Basso və Kıbrıs (Kipr) Türk İcmasının nümayəndələri ilə ayrıca görüşəcək və Britaniya Sənaye Konfederasiyası tərəfindən təşkil edilən Yüksək Səviyyəli dəyirmi masada ştirak edəcək.

Yılmaz İngiltərədəki Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzində türk ictimaiyyətinin nümayəndələri ilə də görüşəcək və Türkiyədə investisiya imkanlarını dəyərləndirmək üçün London Birjasında investorlarla görüş keçirəcək.

C.Yılmazı proqramlarında Prezident İnvestisiya İdarəsinin sədri Əhməd Burak Dağlıoğlu müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə