Ərdoğan Putin və Tokayevlə telefonla danışıb

Ərdoğan Putin və Tokayevlə telefonla danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, prezident Ərdoğan ilə Rusiya prezidenti Putin arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya prezidenti Putin prezident Ərdoğanı ad günü münasibətilə təbrik edib.

Görüş zamanı Putin Türkiyə-Rusiya münasibətlərinin dostluq əsasında inkişafına verdiyi töhfələrə görə Ərdoğana təşəkkür edib.

Kremldən görüşlə bağlı verilən açıqlamada isə Vladimir Putinin Türkiyə səfəri üçün hazırlıqların davam etdiyi və "gələn ay keçiriləcək prezident seçkilərindən sonra reallaşa biləcəyi" bildirilib.

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev də Ərdoğana zəng edərək onu ad günü münasibətilə təbrik edib.

Tokayev həmçinin türk dünyasının inkişafı və hüquqlarının müdafiəsi üçün göstərdiyi səylərə görə prezident Ərdoğana təşəkkürünü bildirib.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev də prezident Ərdoğanla telefonla danışıb və onu ad günü münasibətilə təbrik edib.

Mirziyoyev Ərdoğana türk dünyasının birlik və həmrəyliyinə verdiyi dəstəyə görə təşəkkür edib.

Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis də Ərdoğanla telefonla danışaraq ad günü münasibətilə təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə