Öldürülən rusiyalı müxalifətçi Aleksey Navalnının tərəfdaşı Mariya Pevçix həbsdə olan siyasətçinin Almaniyada Zelimxan Xanqoşvilinin qətlində təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı zabiti Vadim Krasikovla dəyişdirilməsinin hazırlanmasından danışdığı videonu yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, kanalında yayımlanan videoda “...Navalnı yaxın günlərdə azad olunacağı” deyilir.
Pevçixin sözlərinə görə, fevralın 15-də axşam saatlarında o, Krasikovun Aleksey Navalnıya və iki ABŞ vətəndaşına dəyişdirilməsi ilə bağlı danışıqların getdiyini və "son mərhələdə olduğunu" təsdiqləyib.
Deyilənlərə görə, vasitəçilərdən biri də rusiyalı oliqarx Roman Abramoviç olub.
Yenə də Pevçixin sözlərinə görə, Putin Navalnını azad görmək istəməyib və Krasikovu başqası ilə dəyişmək üçün “sövdələşmədən” xilas olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB