Eyfel qülləsinə giriş haqqı artırıldı

Fransanın paytaxtı Parisin ikonik quruluşlarından biri olan Eyfel Qülləsini İdarəetmə Şirkətinin İdarə Heyətinin sədri Jan-Fransua Martins bu yay biletin qiymətlərində 20 faiz artım olacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Martins 20 faizlik artımın səbəbi kimi əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə artaraq 120 milyon avroya çatdığını bildirib.

Martins bildirib ki, qüllədə görülməsi lazım olan işləri yerinə yetirməmək və ya bu yükü parislilərin vergilərinə yükləmək söz mövzusu deyil.

Bilet satışı ilə bağlı Martins, tətil səbəbi ilə 6 gün bağlı qalan Eyfel qülləsindən əldə edilən gəlir itkisinin bir milyon avrodan çox olacağını bildirib. Altı günlük tətil zamanı ümumilikdə 100 min insan qülləni ziyarət edə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə