ABŞ Rusiyaya qarşı kosmosda nüvə müharibəsinə başlayır?

ABŞ Konqresinin verdiyi "ciddi milli təhlükəsizliyə təhdid" bəyanatı ilə bağlı müzakirələr davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev Rusiyanın kosmosa peykləri məhv edə bilən nüvə bombası göndərdiyi iddialarını təkzib etsə də, müdafiə mediası bunu təsdiqləyib. ABŞ kosmosa əks peyklər də göndərib.

ABŞ Kosmik Qüvvələrindən əldə edilən məlumata görə, ABŞ kosmosda mümkün nüvə münaqişəsinə qarşı tədbir görmək üçün təkcə Rusiyaya qarşı deyil, Çinə qarşı da bu strategiyanı izləyir. ABŞ Kosmik Qüvvələrinin bu məqsədlə 2028-ci ilə qədər Federal Müdafiə Büdcəsindən tələb etdiyi məbləğ hər il 16 milyard dollardır. Həmçinin bildirilir ki, ABŞ iki il ərzində nüvə müharibəsinin qarşısını alan peyklər istehsal etməyə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə