Fələstin hökuməti bu gün istefa verəcək

Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək. SİA-nın xəbərinə görə, bu barədə "Al Mayadeen" telekanalı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təqdim edəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə