İsrail Hizbullaha qarşı zərbələri artırmaq niyyətindədir

İsrail Qəzzadakı döyüşlərdə fasilə ilə bağlı HƏMAS ilə əldə olunan razılaşmadan asılı olmayaraq, Livandakı Hizbullah hərəkatına hücumlarını gücləndirəcək. SİA xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Biz məhv etdiyimiz komandirlər üçün əvəz tapa bilməyən Hizbullaha qarşı atəş gücünü artırmağı planlaşdırırıq. Əgər Qəzza zolağındakı döyüşdə müvəqqəti fasilə əldə olunarsa, şimalda atəşi artıracağıq”, – deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə