Ruslar ələ keçirdikləri bütün ukraynalı əsirləri yerindəcə güllələyirlər...

...Ruslar daha bir qrup ukraynalı hərbi əsirləri güllələyiblər. Ukrayna Ombudsmanı Dmitri Lubinets bildirib ki, cinayət fevralın 24-də Baxmut rayonunda törədilib.

Ali Radanın İnsan Haqları üzrə Müvəkkili tərəfindən yayımlanan pilotsuz uçan aparatla çəkilmiş videoda bir neçə ukraynalı hərbçinin təslim olması göstərilir.

Kadrlarda aydın görünür ki, ukraynalılar əllərini yuxarı qaldıraraq, əllərində silah olmadığını və təhlükə yaratmadıqlarını göstərirlər.

Lubinets qeyd edir ki, ruslar onları əsir götürmək əvəzinə hamısını amansızcasına gülləbaran ediblər.

Onun sözlərinə görə, rusların bu epizodda öldürdükləri ukraynalıların dəqiq sayı məlum deyil, lakin azı yeddi nəfər olublar.

...Belə bir edam hərbi cinayətdir! İndi biz də bilirik ki, ukraynalıları amansızlıqla edam edən əsgərlər Rusiya ordusunun hansı hərbi hissəsindəndir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ukraynalı ombudsman qeyd edib.

Onun sözlərinə görə, bu münasibətlə o, dərhal BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinə rəsmi məktublar göndərəcək ki, bu təşkilatlar rus hərbçiləri tərəfindən ukraynalı məhbusların öldürülməsi faktını qeydə alıb açıq şəkildə etiraf etsinlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə