Əgər Makron qabağa düşürsə, onada “qollarınıza çöpdən dirək”...

...20-yə yaxın avropalı lider Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı Avropanın qətiyyətli mesajı göndərmək üçün Parisdə bir araya gələcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” xəbər verir.

Fransa prezidenti Emmanuel Makron, müşavirlərinin son bir neçə həftə ərzində Rusiya təcavüzünün eskalasiya olduğunu dedikləri üçün əvvəlcədən elan edilmiş iş görüşməsinə bu gün, fevralın 26-da avropalı həmkarlarını Yelisey Sarayına dəvət edib.

Mesajın məqsədi Kremlin Rusiyanın artıq üçüncü ildir ki, müharibədə mütləq qalib gələcəyinə dair hekayətinə qarşı çıxmaqdır.

...Biz Putinə Ukraynada qalib gəlməyəcəyinə dair çox aydın siqnal vermək istəyirik. Məqsədimiz onun hansısa yolla qalib gələcəyinə inanmağımızı istədiyi bu fikri darmadağın etməkdir.

Deməli bunu Makronun müşavirlərindən biri bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə