Dövlət Departamenti Belarusdakı seçkiləri “saxta” adlandırıb

ABŞ Dövlət Departamenti: Belarus xalqı daha yaxşısına layiqdir

...ABŞ Belarusdakı seçkiləri “qondarma” hesab edir və “qorxu mühitində” keçirildiyini bildirir.

SİA rus saytlarına istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Metyu Millerin bəyanatına görə, Birləşmiş Ştatlar seçkiləri pisləyib və həmçinin bildirib ki, bu seçkiləri heç cür “demokratik adlandırmaq olmaz”!

Dövlət Departamenti Belarus hakimiyyətini bütün müstəqil siyasi partiyaları qeydiyyata almaqdan imtina etməkdə, xaricdə səsverməyə qadağa qoymaqda və ATƏT müşahidəçilərinə icazə verməkdən imtina etməkdə ittiham edib.

Qeyd edilir ki, bir səsvermə günü Belarus vətəndaşları beş il müddətinə yerli şuraların 12,514 min deputatını və parlamentin aşağı palatasının 110 deputatını seçməli olublar.

Xatırladaq ki, Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarının seçiləcəyi... ölkə tarixində ilk tək səsvermə günü təxminən beş min yarım seçki məntəqəsi saat 08:00-dan qapılarını seçicilərinin üzünə açıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə