“Bu, ABŞ üçün də dağıdıcı nəticələrə səbəb olacaq...”

ABŞ Senatındakı əksəriyyət lideri Ukraynaya səfərindən sonra tarixin həlledici anını açıqlayıb

...ABŞ Senatında əksəriyyət lideri, demokrat Çak Şumer Ukraynaya yardımın artırılmasının vacibliyini elan edərək, Avropa müttəfiqini “tərk etməyəcəyinə” söz verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri CNN yayıb.

Beləliklə, Ukraynadan ABŞ-a qayıtdıqdan sonra Şumer, bu ilin dünya tarixində həlledici an olduğunu deyib və əlavə edib ki, Ukraynanın Rusiyaya uduzması ABŞ üçün də dağıdıcı nəticələrə səbəb olacaq.

...Bu, ABŞ-ın özünü – gücünü, imkanlarını dünyaya proyeksiya etmək qabiliyyəti ilə bağlı dönüş nöqtəsidir.

Bunu deyən Şumer, Ukraynaya səfəri zamanı ukraynalılara Amerikanın onları tərk etməyəcəyini dediyini xatırladıb.

Eyni zamanda o, Ukraynaya yardımın artırmağın vacibliyini qeyd edib.

O, söhbətin daha çox Rusiyanın təchizat şəbəkələrini məhv etmək üçün artilleriya mərmiləri və silahlardan, xüsusən də daha çox zenit silahlarından getdiyini bildirib.

Qeyd edək ki, amerikalı rəsmi rusların 10 atəşinə qarşı ukraynalıların bir cavab atəşi açdıqlarını da xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə