Çinin Sincan bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib . EMSC-nin məlumatına görə, zəlzələ Qırğızıstanla sərhəddə baş verib.
Zəlzələ UTC vaxtı ilə saat 04:15-də, 535 min əhalisi olan Çinin Aksu şəhərindən 158 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB