Qərbdən maliyyə yardımı gecikdirdiyi üçün Kiyev artıq büdcə kəsiri ilə üzləşib.
SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.
...Biz artıq müəyyən vəsait çatışmazlığı hiss edirik, lakin bunu Ukrayna vətəndaşları hələ hiss etmir.
Bunu deyən Marçenko əlavə edib ki, indiyədək Kiyev yaranan ehtiyacları ödəmək üçün resurslar tapıb, lakin onlar hələ də ABŞ və Avropanın köməyinə ümid edirlər.
...Biz bu mənbələrdən ilin birinci yarısını təmin edə biləcəyimizi gözləyirik, - deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Ukrayna parlamentarisi Aleksandra Ustinova demişdi ki, hakimiyyət yalnız Qərbin maliyyəsi ilə dövlət büdcəsindəki boşluqları bağlaya bilər. ABŞ yardımı dayandırarsa, G7 ölkələrinə müraciət etməli olacaq. İndiki mərhələdə Ukrayna hakimiyyəti kəsirin öhdəsindən təkbaşına gələ bilməz.
...Noyabrın sonunda prezident Vladimir Zelenski 43 milyard dollardan çox kəsirlə Ukraynanın 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsini imzalayıb.
...Bundan əvvəl baş nazir Denis Şmıxal bildirib ki, Ukrayna münaqişə zamanı iqtisadiyyatının demək olar ki, üçdə birini itirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB