Rəssam Osipova Navalnının xatirəsinə yazılmış plakatla saxlanılıb
Fevralın 24-də Sankt-Peterburqda 78 yaşlı rəssam Yelena Osipova saxlanılıb. O, Ostrovski meydanındakı Yekaterina meydanı yaxınlığında Aleksey Navalnının xatirəsinə "Aleksey Navalnı. Putinin əməliyyatlarını dayandırın" sözləri yazılmış plakatla çıxıb.
Polislər Osipovanı maşına mindirərək oradan uzaqlaşıblar. Həbsdən təxminən bir saat sonra Sankt-Peterburq deputatı Boris Vişnevski rəssamın evə gətirildiyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Yelena Osipova Sankt-Peterburqlu rəssam və fəaldır, bir çox etiraz aksiyalarının, o cümlədən Ukrayna ilə müharibəyə qarşı etirazların iştirakçısıdır.
Qeyd edək ki, bir il əvvəl polis "Yabloko" partiyasının Sankt-Peterburq bölməsinin ofisində rəssamın müharibə əleyhinə plakatlardan ibarət sərgisini bomba hücumu xəbərini bəhanə edərək dağıtmışdı.
Yeri gəkmişkən, dünənki mitinqdə polis rəssamın bir neçə rəsmini götürüb.
Protokolda deyilirdi ki, əsərlərdə “Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı qəsdən yalan məlumatlar ola bilər”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB