Bu arada G7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının ikinci ildönümündə Moskvanın gəlirlərini azaltmaq üçün tədbirlər görməyə davam edəcəklərini bildiriblər.
...Biz Rusiyanın gələcək enerji layihələrinin inkişafına mane olmağa və onun enerji daşımaları eləcə də digər xidmətlərə alternativ inkişaf etdirməsinə mane olmağa davam edəcəyik. Biz Rusiyanın gəlir mənbələrini azaltmağa davam edəcəyik.
Bu G7 ölkələrinin bəyanatında deyilir.
...Rusiya Ukraynaya hərbi əməliyyatlar nəticəsində dəyən zərəri kompensasiya edənə qədər Rusiyanın aktivləri G7 ölkələrində dondurulmuş vəziyyətdə qalacaq
Bunu kommünike qeyd edir.
ölkələri həmçinin münaqişə bitdikdən sonra Ukraynanın bərpasına töhfə verəcək, üçüncü ölkələrin köməyi ilə Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısını alacaq, Rusiya G7 hərbi sənaye kompleksinə yardım edən həmin şirkətlərə və vətəndaşlara qarşı məhdudiyyətlər tətbiq edəcəklərinə söz veriblər.
Bundan əlavə, G7 Rusiya neftinin qiymətinin yuxarı həddinə riayət olunmasına nəzarəti gücləndirəcəyini vəd edib və Rusiyanı Aleksey Navalnının koloniyada ölümünün səbəblərini izah etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB