Lastoçkinodan sonra Severnoye kəndi də ruslara verildi?..

Lastoçkinodan sonra Severnoye kəndi də ruslara verildi?..

Ukrayna ordusu “Donetsk Xalq Respublikası”nın Avdeyevka yaxınlığında yerləşən Severnoe kəndini tərk edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rusiyalı müharibə müxbiri Boris Rojin Telegram kanalında yazıb.

Onun yazdığına görə, hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Tonenkoye kəndinə geri çəkilir.

... “Hərbi xronika” Telegram kanalının məlumatına görə, Rusiya Silahlı Qüvvələri bu yaşayış məntəqəsini nəzarətə götürüb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukrayna ordusu Avdeevkanın qərbində yerləşən Donetsk Xalq Respublikasının Lastoçkino kəndindən geri çəkildiyini bildirmişdi.

Hərbçilərin sözlərinə görə, geri çəkilmə qərarı Ukrayna ordusunun cinahlarına və onların təchizat yollarına artan təhlükə ilə əlaqədar verilib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski Avdeevkadan geri çəkildiyini elan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə