...Rusiya iqtisadiyyatı heç vaxt sanksiyaların tətbiqindən sonra bu qədər sabit görünməmişdi.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Capital.com” yazır. Qeyd edək ki, bu, onların nəticələrinə on illik hazırlıq, yenidən sənayeləşmə kursu, habelə Çin, Hindistan və Türkiyə ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə izah olunur.
Beləliklə, saytın yazdığına görə, xüsusi hərbi əməliyyata başlayandan sonra ruslara qarşı tətbiq edilən sanksiyalar rusların həyat tərzinə ciddi təsir göstərməyib.
...Yəni Rusiya iqtisadiyyatı hələ də ayaq üstədir, sarsılmayıb?..
...2023-cü ildə o, hətta artım templərinə görə Avropa İttifaqını da geridə qoydu: 3,5 faizə qarşı 1 faiz. Aşağı işsizlik (2,9 faiz) sayəsində real əmək haqqı 8 faiz artıb.
Maraqlıdır ki, bu “rus möcüzəsi” Rusiyanın 10 ilə yaxındır ən pisə hazırlaşması ilə izah olunur: Krımın ilhaqından sonra tətbiq edilən ilk sanksiyalar Qərblə aranın kəsilməsinin hansı nəticələrə gətirib çıxaracağını açıq şəkildə göstərdi. Beləliklə, Mərkəzi Bank dərhal SWIFT və Visa-nı əvəz edəcək alternativ sistem hazırlamağa, SPFS sistemini və Mir kartını yaratmağa başladı.
Məhz onların sayəsində 2022-ci ildə ölkənin SWIFT, Visa və Mastercard-dan ayrılması ağrısız oldu.
Saytın yazdığına, əslində isə etirafına görə, rusiyalı prezident Vladimir Putin də boş oturmadı: Rusiyada təkcə qaz və neftdən asılı qalmamaq üçün yenidən sənayeləşmə siyasətinə başladı. Kənd təsərrüfatının dirçəlişi uğurlu oldu: əgər 2005-ci ildə istehlak edilən ətin yarısı xaricdən gətirilirdisə, 2020-ci ildə bu rəqəm 6 faizə düşüb. 2000-ci ilə qədər ölkə buğda alırdı, lakin sonra istehsal rekordları qırdı və hətta 2023-cü ildə dünyanın ən böyük taxıl ixracatçısı oldu. 2014-cü ildə sanksiyalara cavab olaraq tətbiq edilən Avropa ərzaq embarqosu yalnız ərzaq muxtariyyəti istəyini gücləndirdi.
Maraqlıdır ki, sayt, Rusiya ixracatına tətbiq edilən sanksiyaların səmərəsizlik nümayiş etdirdiyini də etiraf edir.
Doğrudan da, deyilənlərə görə Qərb brendlərinin Rusiya bazarını tərk etməsi heç nəyi dəyişmədi.
Deyək ki, Avropa avtomobilləri əvəzinə Çin avtomobillərini təklif etdilər.
Bundan əlavə, Rusiya münaqişə başlayandan nefti endirimlə alan və təmizləndikdən sonra Avropaya ixrac edən Çin və Hindistana ən böyük karbohidrogen tədarükçüsünə çevrilib. Türkiyə də müttəfiqinə qarşı sanksiyalara əməl etməkdən imtina etdi və Rusiyaya qadağan olunmuş malların idxalına, qaz və neftin Avropaya ixracına icazə verərək, onlardan yan keçməyin əsas marşrutuna çevrildi.
Yeri gəlmişkən, “Capital.com” sanksiyaların Rusiyanı Avropa tədarüklərindən asılılığını tamamilə məhv edəcəyini iddia edir. Qeyd edək ki, bununla bağlı əsas da gətirir. Məsələn, 2022-ci ilin ikinci yarısında paralel idxal ümumi idxalın 15faizini təşkil edirdisə, bu 2023-cü ilin ortalarına qədər 5 faizdən aşağı düşüb. Başqa sözlə, Rusiya Qərb malı olmadan da asanlıqla keçinir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB