Ukrayna qüvvələri artilleriya mərmilərinin böyük çatışmazlığını yaşayır, Rusiya isə böyük qüvvələrə malikdir. Vəziyyəti belə qiymətləndirən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində deyib.
...Biz artilleriya mərmilərinin və digər silah növlərinin böyük çatışmazlığını yaşayırıq. Ukrayna qoşunlarının silah çatışmazlığını nəzərə alaraq öz mövqelərini, xüsusən Xarkov vilayətində davam etdirə biləcəkləri ilə bağlı sualı cavablandıran Kuleba qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri “əzici qüvvələrə” müqavimət göstərməyə çalışır. SİA-nın əldə etdiyi məlumata görə, bununla belə, nazir, Ukrayna Silahlı Qüvvələrinin daha da geri çəkilməyəcəyini birmənalı şəkildə bildirməyib.
Qeyd edək ki, ABŞ Konqresi 2023-cü ilin oktyabrından Ukraynaya yeni yardım paketini təsdiq edə bilmir. Bu səbəbdən dekabrın sonundan ABŞ Kiyevə silah və sursat, o cümlədən artilleriya mərmiləri verməyi dayandırıb. Avropa ölkələrindən gələn tədarüklər Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB