Avropa İttifaqı Kiyevdə müdafiə və innovasiya ofisi açacaq

Avropa İttifaqı Kiyevdə müdafiə və innovasiya ofisi açacaq

Avropa İttifaqının rəhbəri Ursula fon der Leyen Kiyevdə müdafiə və innovasiya ofisi açmağı planlaşdırır.

Onun sözlərinə görə, Ukrayna getdikcə Avropanın təhlükəsizlik sistemində iştirak edəcək.

Məsələn, Ukrayna üç həftədən sonra təqdim edəcəyimiz müdafiə sənayesi strategiyasına daxil ediləcək... Biz müdafiə və innovasiya ofisini açacağıq.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Avropa Komissiyasının rəhbərindən sitat gətirir.

Xatırlafdaq ki, bir müddət bundan əvvəl Avropa Komissiyası Ukrayna Silahlı Qüvvələrini öz imkanlarının bir hissəsi etmək planlarını açıqlamışdı.

Maraqlıdır ki, Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Ukrayna Silahlı Qüvvələri ilə bağlı bu planları qeyri-real adlandırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə