Budanov Rusiya Baş Qərargah rəisini təriflədi

Budanov Rusiya Baş Qərargah rəisini təriflədi

Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimov döyüş meydanında baş verənləri anlayan və digər generalları işlədə bilən azsaylı rus generallarından biridir.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bu barədə Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gerasimov tərifə layiq bir neçə şəxsi keyfiyyətlərə malikdir ki, onlardan biri də strateji təmkindir. Budanov qeyd edib ki, Rusiya Baş Qərargahının rəhbəri bir neçə dəfə işdən azad olunmaq ərəfəsində olub, lakin vəziyyətdən çıxış yolu tapıb.

...Bildirə bilərəm ki, bu gün rus generalları arasında biz onun əvəzedicisini görmürük.

Baş Kəşfiyyat İdarəsinin rəisi deyib bunu.

Xatırladaq ki, əvvəllər Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı da Gerasimovun keyfiyyətlərindən yüksək danışırdı. O, rusiyalı hərbçini ən ağıllı adam hesab etdiyini və onun əsərlərindən ibarət kolleksiya saxladığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə