Türkiyənin Yalova rayonunda 4 mərtəbəli binanın 3-cü mərtəbəsindən pis qoxu gəlməsi səbəbilə evə daxil olan polislər zibillər arasında mənzil sahibi təqaüdçü müəllim Doğan Sadioğlunun (83) cansız bədəni ilə rastlaşdı.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Rüstempaşa məhəlləsində yerləşən binanın 3-cü mərtəbəsindən pis qoxu gəlməsi səbəbilə binada yaşayan insanlar polisə xəbər veriblər.
Əraziyə gələn polis dəstələrinə məlumat veriblər ki, həmin mənzildə Doğan Sadioğlu yaşayır və 15 gündür ondan xəbər ala bilməyiblər. Sadioğlunun zibil topladığı öyrənilib. Yalova bələdiyyəsi Təmizlik İşləri Müdürlüyü dəstələri ilə evə girən polislər qadının cansız bədənini tapıblar.
Hadisə yerini araşdırma qruplarının araşdırmasından sonra qadının cansız bədəni yoxlanış üçün Yalova Dövlət xəstəxanasına göndərilib.
Daha sonra bələdiyyə mənzildə olan zibilləri təmizləmək üçün işə başlayıb.
Hadisə ilə əlaqədar istintaq başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB