Türkiyədə Balıkesir şəhəri, Gönen rayonu, Malkoç məhəlləsində bir binanın ən üst mərtəbədəsindəki mənzildə yanğın çıxıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, qısa müddətdə böyüyən yanğına ilk müdaxiləni ətrafdakı vətəndaşlar ediblər.
Yanğın zamanı içəridə qalan 2 nəfər də vətəndaşların köməyilə çıxarılıb. Çox keçmədən yanğınsöndürən və 112 təcili tibbi yardım xidməti hadisə yerinə gəlib. Yanğınsöndürənlərin müdaxiləsi ilə çıxan yanğın nəzarəti altına alınıb. İçəridən çıxarılan 2 nəfər də yoxlanış üçün xəstəxanaya aparılıb.
Araşdırma nəticəsində yanğının tokda unudulan cip telefonundan qaynaqlandığı ortaya çıxıb.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB