Artıq xəbər verildiyi kimi, Rusiyada fevralın 24-nə keçən gecə Novolipetsk Metallurgiya Zavodunda silsilə partlayışlardan sonra güclü yanğın baş verib. Məlum olub ki, bu müəssisənin sahibi Putinə yaxın oliqarxdır.
Söhbət Rusiyanın ən varlı oliqarxlarından biri Vladimir Lisindən gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kanal 24-ə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verib.
Həmsöhbətlər qeyd ediblər ki, Vladimir Lisin Rusiya Federasiyasının ən böyük polad zavodu olan Novolipetsk dəmir-polad zavodunun sahibidir. Rusiyalı oliqarx, Forbes-ə görə, ölkənin ən zəngin üç adamından biridir.
Qeyd edilməlidir ki, Lisinin sərvəti müharibə ili ərzində 18,4 milyard ABŞ dollarından 22 milyarda qədər artıb.
...Bundan əvvəl “Azadlıq” radiosunun jurnalistləri diqqəti Qərbin sanksiyalarına məruz qalmayan Lisinin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra penitensiar xidmətlə bağlı hökumət sifarişlərini yerinə yetirməyə davam etdiyinə diqqət çəkib.
...Xatırladaq ki, Lisinin zavodu ən azı 2019-cu ilə qədər Rusiyadakı dövlət nüvə silahı istehsalçılarını poladla təmin edib. Və 2022 - 2023-cü illərdə Novolipetsk Dəmir və Polad Zavodu ən azı 8 dəfə Rusiya dövlət qurumlarına polad tədarükü üçün tenderləri qazanıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB