“Ozon” çeşidləmə mərkəzində narkotik tapılıb

“Ozon” çeşidləmə mərkəzində narkotik tapılıb

Sankt-Peterburqdakı “Ozon” çeşidləmə mərkəzində malı qəbul edərkən narkotik vasitə aşkarlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qazeta.Ru-ya şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, qadağan olunmuş maddələr polisə təhvil verilib, onların tapıldığı məhsul isə satışda olmayıb.

...Əməkdaşlarımız malları qəbul edərkən satıcının tədarükündə şübhəli maddə aşkar ediblər. Ekspress analizlər onun tərkibində narkotik maddə olduğunu göstərib. Məhsul anbara qəbul edilməyib və müvafiq olaraq satışa çıxarılmayıb. Dərhal hüquq-mühafizə orqanlarına zəng edərək tapıntını onlara təhvil verdik. Biz istintaqla əməkdaşlıq edirik və bütün lazımi məlumatları verəcəyik.

Bunu mərkəzin mətbuat xidmətindən bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə