''İspaniya İsrailə silah satmayacaq''

''İspaniya İsrailə silah satmayacaq''

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin oktyabrın 7-dən İsrailə silah satışını dayandırdığını bəyan edib.

“Mövcud vəziyyət davam etdikcə biz İsrailə silah satmayacağıq”,-Xose Manuel Albares deyib.

SİA-nın əldə etdiyi məlumata görə, Albares Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı binasında mətbuat konfransı keçirib.

İsrailə silah embarqosu tətbiq edib-etməyəcəkləri ilə bağlı suala cavab verən Albares oktyabrın 7-dən sonra İsrailə yeni silah satışı lisenziyasının verilmədiyini bildirib.

Bu səbəbdən İsrailə embarqo qoyulduğunu vurğulayan Albares deyib:"Mövcud vəziyyət davam etdiyi müddətcə İsrailə silah satmayacağıq".

İspaniyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə 3,5 milyon avro maliyyə yardımı edəcəklərini ifadə edən Albares bunun qısa müddətdə necə artırıla biləcəyini araşdırdıqlarını qeyd etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə