Şərqi Afrika quraqlığın ardınca yağış gözləyir

Şərqi Afrika quraqlığın ardınca yağış gözləyir

Şərqi Afrika Hökumətlərarası İnkişaf Orqanı (IGAD), İqlim Təxmin və Tətbiqlər Mərkəzinin(ICPAC) yaydığı məlumata görə son illərdə quraqlıqla mübarizə aparan Şərqi Afrika bu il normaldan daha çox yağış görəcək.

SİA xarici mətbuata istinadən xəbər verir ki, mart və may ayları arasındakı yağış sezonu ilə düşən yağışın 60%-ni qəbul edəcək bölgədə hidroloji şərtlər düzələcək.

Keniya, Somali, Uqanda, Burundi, Ruanda, Sudanın cənubu və Tanzaniyanın şimal-qərbi yağışdan ən çox təsirlənən ölkə və bölgələr olacaq. Bəzi bölgələrdə isə gözlənilən yağış daha tez yağacaq.

Kənd təsərrüfatına birbaşa təsir edən və su problemi yaşayan ərazilərdə həyat üçün önəm daşıyan yağışların Şərqi Afrikada qida böhranını da yüngülləşdirəcəyi gözlənilir.

Bildirək ki, Afrika ölkələrindən Keniya, Somali, Efiopiyada 36 milyondan çox insan quraqlıqdan əziyyət çəkir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə