Duz mağaraları turistlərin diqqət mərkəzində!

Duz mağaraları turistlərin diqqət mərkəzində!

Türkiyənin Iğdır şəhərində 2022-ci ildə açılan və bu günə qədər 310 min ziyarətçi yola salan Duz Terapiya Mərkəzi qış aylarında da maraq oyandırıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Tuzluca rayonundakı Duz dağının içində keçmişdən bu günə qədər edilən qazı işlərinin nəticəsində yaranan oyuqlar Iğdır bələdiyyəsinin səyi ilə Duz Terapiya Mərkəzinə çevrilib.

Yerin neçə metrlərlə altında yerləşən, hər tərəfi duzdan ibarət terapiya mərkəzi işıqlandırmanın sonunda ziyarətçilərini qarşılamağa başlayıb.

Qısa müddətdə ölkə miqyasında gündəm olan mərkəz yerli və xarici turistlərin axınına səbəb olub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə